“Azərbaycan gülöyşəsi” nar sortunun genomu oxundu - DÜNYADA İLK DƏFƏ

3-11-2018, 00:59           
“Azərbaycan gülöyşəsi” nar sortunun genomu oxundu - DÜNYADA İLK DƏFƏ
"Dünyada ilk dəfə olaraq "Azərbaycan gülöyşəsi" nar sortunun genomu oxunub".

Teref.az Trend-ə istinadən xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə Göyçay şəhərində keçirilən "Nar bitkisi və məhsullarının multidissiplinar problemləri" mövzusunda respublika elmi-praktiki konfransında deyib.

Akademik bildirib ki, dünyada ilk dəfə olaraq alimlərimiz "Azərbaycan gülöyşəsi" nar sortunun genomunu oxuyub və genom məlumatlar ABŞ-ın Biotexnologiya İnformasiyaları üzrə Milli Mərkəzi (NCBI) tərəfindən qeydə alınıb.

Alim onu da vurğulayıb ki, ilk dəfə olaraq AMEA və BMT-nın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə əməkdaşlığı nəticəsində Azərbaycanın 10-dan çox rayonunda nar bitkisinin yerli xalq seleksiyası sortlarının koordinatları xəritələşdirilib: "Narın respublika üzrə yayılması GIS sistemi ilə öyrənilərək bioekologiyası təhlil edilib, kolleksiyalarda olan nar sort və formalarının müasir üsullarla genetik müxtəlifliyi tədqiq edilərək genetik pasportlaşdırılıb".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru