ABŞ-da baş verən atışmada ölən və yaralananların sayı artıb - VİDEO - YENİLƏNİB-2
3-11-2018, 08:00
Naməlum şəxsin ABŞ-ın Florida ştatındakı yoqa studiyalarından birində açdığı atəş nəticəsində öldürülənlərin sayı 2 nəfərə çatıb.
"Report"un məlumatına görə, bu barədə TASS yerli polis bölməsinin rəhbəri Maykl Deleoya istinadən xəbər verib.
Onun sözlərinə görə, silahlı şəxsin açdığı atəş nəticəsində daha 1 nəfər də ölüb. Polis rəsmisi qeyd edib ki, cinayətkar 6 nəfəri yaralayıb. Həmçinin tapançanın qundağı ilə daha bir nəfəri vurub.
Qeyd edək ki, hadisə Tallahassi şəhərində baş verib. Hadisəni törədən cinayətkar intihar edib. Qətlin səbəbi hələ məlum deyil.
***04:22
ABŞ-ın Florida ştatında baş verən atışma zamanı yaralananlardan biri ölüb.
"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" ştat polisinə istinadən xəbər verib.
Bildirilir ki, hadisə zamanı xəsarət alan daha 4 nəfər xəstəxanadadır. Daha əvvəl KİV cinayətkarın özünü öldürdüyünü xəbər verib. Polis məlumatı təsdiqləyib, lakin hadisənin başvermə şəraitini dəqiqləşdirməyib.
Qeyd edək ki, hadisə Tallahassi şəhərində baş verib.
***03:20
ABŞ-da atışma olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Bildirilir ki, hadisə Florida ştatında, Tallahassi şəhərindəki yoqa studiyasında baş verib. Naməlum şəxs bir neçə nəfərə atəş açıb.
İnsident nəticəsində 4 nəfər yaralanıb. Agentliyin məlumatına görə, hadisəni törədən şəxs özünü öldürüb.