Rusiyada yaşayış evində güclü yanğın baş verib: 7 ölü

27-02-2019, 08:00           
Rusiyada yaşayış evində güclü yanğın baş verib: 7 ölü
Rusiyanın Kemerov diyarının Mariinsk şəhərində yaşayış evində yanğın baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 2-si uşaq olmaqla 7 nəfər həlak olub.

Məlumata əsasən, yanğın birmərtəbəli fərdi yaşayış evinin otaqlarından birində başlayıb. Hazırda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə yerində FHN əməkdaşları və əməliyyat-istintaq qrupu çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru