Moskvada qəzaya uğrayan təyyarəmizin - Fotoları

27-02-2019, 08:05           
Moskvada qəzaya uğrayan təyyarəmizin - Fotoları
Azərbaycanın "Silk Vey Biznes Avieşn" (“Silk Way Business Aviation”) şirkətinə məxsus sərnişin təyyarəsi Rusiyanın paytaxtı Moskvada yerləşən Şeremetyevo hava limanına enərkən qarlı zolaqdan kənara çıxıb.

Şirkətdən Axar.az-a verilən məlumata görə, təyyarənin göyərtəsində heyət üzvləri və 5 sərnişi olub, onların heç biri xəsarət almayıb.

Publika.az-ın məlumatında bildirilir ki, qəza nəticədə təyyarənin şassiləri qırılıb, gövdəsi zədələnib.

Faktla bağlı cinayət işi açılıb. Bunu ölkənin Moskva Regionlararası İstintaq İdarəsinin nəqliyyat üzrə baş köməkçisi Larisa Markovets bildirib.

Onun sözlərinə görə, qəzanın baş verməsinə təhlükəsizlik qaydalarının pozulmasının səbəb olduğu ehtimal edilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru