Bakıda daha 2 çoxmərtəbəli binada YANĞIN - Xəsarət alan var

27-02-2019, 10:08           
Bakıda daha 2 çoxmərtəbəli binada YANĞIN - Xəsarət alan var
Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ötən gecə binanın 6-cı mərtəbəsində ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 15 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ötən gecə oxşar hadisə Bakı şəhərinin Xətai rayonunun digər hissəsində də qeydə alınıb. Doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 80 m² olan mənzilin bir otağında 1 ədəd divan yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qeyd edək ki, son günlərdə Bakının müxtəlif ərazilərində bir neçə çoxmərtəbəli binada yanğın qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru