“Votsap”da yeni funksiya istifadəyə verildi

28-02-2019, 07:55           
“Votsap”da yeni funksiya istifadəyə verildi
“Votsap” messencerində istifadəçinin razılığı olmadan onun qruplara əlavə olunmasını qadağan etməyə imkan verən yeni funksiya tətbiq edilib.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, yenilikdən əvvəlcə messencerin “Android”, daha sonra “iOS” versiyasının istifadəçiləri yararlana biləcəklər.

Məlumata görə, funksiyanı əlavə etmək üçün istifadəçi quraşdırmalara daxil olaraq onu qruplara kimin əlavə edə biləcəyini göstərməlidir: müəyyən istifadəçi, kontaktlar siyahısından olan abunəçilər və ya heç kim. Üçüncü variant seçilən zaman istifadəçiyə qrupa əlavə edilmək üçün onun qəbul və ya rədd edəcəyi sorğu göndəriləcək.

Yenilik “Votsap” rəhbərliyinin yalan məlumatların yayılması ilə mübarizə üzrə növbəti addımıdır. Bu tədbir Hindistan hökuməti messenceri onlarla linçləmə hadisəsinə səbəb olmuş yalan xəbərlərin yayılmasında təqsirləndirdikdən sonra hazırlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru