General-polkovnik vəhşicəsinə döyüldü - VİDEO

28-02-2019, 17:43           
General-polkovnik vəhşicəsinə döyüldü - VİDEO
Rusiya ordusunun ehtiyatda olan general-polkovniki Aleksandr Bridnikov Moskvada vəhşicəsinə döyülüb. Bu barədə "RİA Novosti" məlumat yayıb.

Tərəflər arasında mübahisə parkində başlayıb. General-polkovnik ofisinin parkinqinə avtomobillə yaxınlaşarkən siqnal verib və darvaza yaxınlığında dayanan şəxslərdən birinə güzgüsü ilə toxunub. Daha sonra avtomobili saxlayarkən şəxslərdən biri ona yaxınlaşıb. Aleksandr Bridnikov qarşı tərəflə mübahisə edərkən ona zərbə endirilib. Rusiyalı general buna cavab verib və tərəflər arasında əlbəyaxa dava başlayıb. Daha sonra davaya üçüncü şəxs qoşulub.

Nəticədə vəhşicəsinə döyülən Aleksandr Bridnikov xəstəxanaya yerləşdirilib. Hadisə bağlı cinayət işi açılıb və tərəflərdən birinin Ukrayna vətəndaşı olması üzə çıxıb.faktxeber












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru