Misirdə qatar qəzası ilə bağlı 6 nəfər həbs edilib

1-03-2019, 07:57           
Misirdə qatar qəzası ilə bağlı 6 nəfər həbs edilib
Misirin baş prokuroru Nabil Sadekin sanksiyası ilə paytaxt Qahirənin mərkəzində Ramzes adına Dəmir Yolu Stansiyasında xeyli sayda insan tələfatına səbəb olan qəzanın törədilməsində şübhəli bilinən altı nəfər həbs olunub.

Bu barədə "Report" "Masrawy" portalına istinadən xəbər verir.

Bildirilir ki, həbs edilənlər arasında stansiyanın texniki əməkdaşları da var. İş üzrə həmçinin əsas şübhəli şəxs – qatarı partlamış maşinist, eləcə də onun həmkarı həbs olunub. Həbs edilənlər arasında habelə maşinistlərin köməkçiləri də var.

Xatırladaq ki, fevralın 27-də, səhər saatlarında depodan gələn qatarın stansiyadakı örtülü platformaya dəyməsindən sonra yanacaq çəninin partlaması və baş verən güclü yanğın nəticəsində 28 nəfər ölüb, 50-dən artıq insan yaralanıb. Hadisə ilə əlaqədar ölkənin nəqliyyat naziri Hişam Ərəfat istefa verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru