Məzahir Pənahovun sürücüsü yolu "protiv" getdi - VİDEO

1-03-2019, 16:52           
Məzahir Pənahovun sürücüsü yolu "protiv" getdi - VİDEO
1 mart tarixində, saat 09:04 radələrində paytaxtın Azadlıq prospektində daha iki qayda pozan sürücünün görüntüləri Avtosfer.az kameralarına düşüb.

Unikal.org xəbər verir ki, əvvəlcə 99 SL 332 dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsü 1.3 xəttinin tələbini pozmaqla tam olaraq əks hərəkət istiqamətinə çıxıb axına qarşı hərəkət edir.

İkinci sürücü isə bundan əvvəl iki dəfə Avtosfer.az saytında qayda pozması ilə bağlı yazılan, hətta buna görə DYP rəsmiləri tərəfindən protokol tərtib olunmuş Mərkəzi Seçki Komissiyasının xidməti avtomobilidir. Görəsən, MSK rəsmisi doğurdanmı öz sürücüsünün öhdəsindən gələ bilmir? Axı digər vətəndaşlara nümunə olmalı olan dövlət məmurunun sürücüsü ona verilmiş xidməti avtomobillə qanunlara qarşı niyə belə saymamazlıq etməyə meyllidir? Hələ eyni yerdə 3 dəfə bizim kameralara düşən sürücü görəsən, Təhlükəsiz Şəhər Kameralarına neçə dəfə düşüb?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru