İşdən çıxarılan DYP rəisi 1 il sonra yenidən həmin vəzifəyə qaytarıldı

1-03-2019, 22:16           
İşdən çıxarılan DYP rəisi 1 il sonra yenidən həmin vəzifəyə qaytarıldı
Rəhim Zalov işdə yol verdiyi nöqsanlara görə bu vəzifədən azad edilmişdi
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə rəis vəzifəsinə təyinat olub. Avtosfer.az xəbər verir ki, bu vəzifəyə daxili işlər naziri Ramil Usubovun əmri ilə polkovnik-leytenant Rəhim Zalov təyin edilib. Rəhim Zalov əvvəllər də Gəncənin DYP rəisi olub. Ötən ilin fevralında isə işdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilərək Zaqatala rayon DYP bölməsinə rəis təyin olunmuşdu.
Rəhim Zalovun DYP rəisi vəzifəsindən uzaqlaşdırılmasına səbəb işində yol verdiyi çoxsaylı nöqsanlar idi. Belə ki, Daxili İşlər Nazirliyindən xüsusi yoxlama qrupu Gəncə şəhər Baş Polis İdarəsində və Yol Polisi Şöbəsində yoxlamalar aparıb. Rəhim Zalovun işdən azad edilməsi həmin yoxlamaların nəticəsi ilə bağlı idi.

Bir il keçməsinə baxmayaraq Gəncəyə DYP rəisi təyin edilməmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.