Polisdən kafedəki silahlı insidentlə RƏSMİ AÇIQLAMA

4-04-2019, 17:13           
Polisdən kafedəki silahlı insidentlə RƏSMİ AÇIQLAMA
Bakı şəhər Baş Polis İdarəsi paytaxtda kafedə baş verən silahlı insidentlə bağlı rəsmi məlumat yayıb.

Bakı şəhər Baş Polis İdarəsnin Mətbuat xidmətindən daxil olan məlumata görə, aprelin 3-də saat 19.30 radələrində Biləcəri qəsəbəsində yaşayan Elmar Quliyev həyat yoldaşının ailə-məişət münasibətlərinin pozulması zəminində ata evinə qayıtması məsələsinə aydınlıq gətirilməsi üçün E.Quliyevi və onun yaxınlarını, qayınatası Vəli Nəbiyev kafeyə dəvət edib. Görüş zamanı tərəflər arasında qarşılıqlı mübahisə yaranıb.

E.Quliyevin atası Elnur Quliyev üzərində olan "Ekolbotan" markalı, pnevmatik idman (səs) tapançası ilə atəş açıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanılaraq E.Quliyev, onun atası və dostu, eləcə də V.Nəbiyevin qardaşı, şübhəli şəxs qismində saxlanılaraq, hadisə zamanı istifadə olunmuş idman tapançası aşkarlanaraq götürülüb.

Binəqədi RPİ-də istintaq davam etdirilir.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.