Hər gün 5 nəfər sağçı ekstrimistlərin qurbanı olur – ALMANİYADA

5-04-2019, 00:00           
Hər gün 5 nəfər sağçı ekstrimistlərin qurbanı olur – ALMANİYADA
Hər gün 5 nəfər Almaniyanın şərqindəki sağçı ekstrimistlərin qurbanı olur. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat veriblər. Məlumatda deyilir ki, Almaniyanın şərqində yerləşən 6 federal ərazidə sağ qanad radikal hərəkatın tərəfdarları tərəfindən fərqli insanlara münasibətdə baş verən hücumların sayı artmaqda davam edir.
Zorakılıq qurbanlarına yardım mərkəzlərinin məlumatına görə ötən il Berlin, Brandenburq, Mecklenburg-Qərb Pomeraniya, Saksoniya, Saksoniya-Anhalt və Thuringiya şəhərlərində sağçı ekstrimistlər tərəfindən 1212 hücum qeydə alınıb. Bu, əvvəlki ilin göstəricisindən 8% çoxdur – bir il əvvəl 1123 belə hadisə qeydə alınmışdı.

Yeni statistik məlumat sağ qanad, irqçi və antisemitizm zorakılığının qurbanları üçün Məsləhətləşmə Mərkəzləri Assosiasiyası tərəfindən bu həftə açıqlanıb (VBRG).
2018-ci ildə bütövlükdə 1789 şəxsə qarşı belə hücumlar baş verib. Hücumlara məruz qalanlardan 250 nəfərdən çoxu uşaqlar və gənclərdir. Bu isə o deməkdir ki, Almaniyada hər gün irqçilik və milli dözümsüzlük səbəbiylə təxminən beş hücum həyata keçirilir. Bu cinayətlər nəticəsində ən azı 962 nəfər yaralanıb və onlardan 509-u az ağır və ya ağır dərəcəli bədən xəsarəti alıb.
Sağçı ekstrimistlər tərəfindən bu qəbildən olan cinayətlər şərqi Saksoniyada daha çox qeydə alınıb: keçən il 317 hücum, 2017-ci ildə isə 229 hücum qeydə alınmışdı. Saksoniyanın paytaxtı olan Dresden şəhərində Pegida ( Patriot Avropalılar Qərbin islamlaşmasına qarşı) təşkilatının mənzil qərargahı yerləşir. Bu qrupun tərəfdarları anti-immiqrant və çox radikal fikirləri ilə tanınırlar.

Hesabatda deyilir ki, şərqi Almaniyada qeydə alınan bütün hücumların üçdə ikisi, 793-ü qaçqın və digər miqrantlara qarşı yönəldilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru