İranın gəmiqayırma zavodunda partlayış

7-04-2019, 00:04           
İranın gəmiqayırma zavodunda partlayış
İranın Bəndər-Abbas limanından 37 kilometr aralıda yerləşən gəmiqayırma zavodunda bilinməyən səbəblərdən partlayış baş verib.

İnsident zamanı burada işləyən İranın müdafiə sənayesi əməkdaşlarından ən azı 3 nəfəri həlak olub. Zavodda olan sualtı qayıqdakı üç batareya da partlayıb.

IRIB telekanalının saytında yerləşdirilən xəbərdə bildirilib ki, Bəndər-Abbas limanı yaxınlığındakı Şəhid Dərvişi gəmiqayırma zavodunda sualtı qayığın batareyalarının partlaması nəticəsində “Müdafiə Nazirliyinin üç əməkdaşı şəhid olub”.

İranın Müdafiə Nazirliyi insidentlə bağlı rəsmi məlumat yaymayıb.(virtualaz.org)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru