Yunanıstanda avtomobil velosipedçilərin üstünə sürüb: ölənlər var 24-06-2019, 07:34 Yunanistanın şimalındakı Kozani şəhərinin yaxınlığında avtomobil altı velosipedçidən ibarət qrupun üstünə sürüb.Trend-in məlumatına görə, hadisə Ptolemaida-Ardassa avtomobil yolunda baş verib.Məlumata əsasən, iki velosipedçi həlak olub, dördü ağır yaralanıb.Onlar xəstəxanaya yerləşdirilib. Facebook-da paylaş