Sumqayıtda doğum evlərinin baş həkimləri işdən azad edilib?

19-11-2015, 19:43           

Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Zakir Fərəcov səhiyyə sistemində, xüsusilə də doğum evlərində neqativ hallarla bağlı çıxışlarında dəfələrlə vurğulamış və bu kimi halların aradan qaldırılması istiqamətində səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyevə iradlarını bildirmişdi. Görünən odur ki, heç bir nəticə hasil olmayıb və Xeberle.com-a daxil olan məlumata görə, Sumqayıt şəhər 2 saylı və 1 saylı doğum evinin baş həkimləri vəzifəsi ilə vidalaşmalı olublar. Məsələ ilə əlaqədar Xeberle.com şəhər Səhiyyə Şöbəsi ilə əlaqə saxlayıb. Şöbədən bildiriblər ki, Sumqayıt şəhər 2 saylı Doğum evinin baş həkimi Ələkbərova İmmi İsmayıl qızı işdən çıxarılıb. Amma 1 saylı doğum evinin baş həkiminin işdən azad olunması xəbərini nə təsdiq, nə də inkar etməyiblər. İşdən çıxarılan baş həkimin yerinə isə hələlik təyinat olmayıb. Ehtimal olunur ki, baş həkimin müavini Təranə Qarayeva doğum evinin baş həkimi təyin olunacaq. Xeberle.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.