AGBank-dan haqqında yazılanlara rəsmi mövqe bildirdi

19-11-2015, 21:37           

teref.aznun elektron poçtuna AGBank-dan saytrımızda bank haqqında gedən yazılarımızla bağlı məktub gəlib. Məktubu oxucularımıza təqdim edirik.
Hörmətli baş redaktor,
19 noyabr,2015-ci il tarixində portalınızda “Azərbaycana inqilab üçün 18 milyard dollar gətirilmişdi” adlı məqalə yerləşdirilib. Bu məqalə ilə bağlı AGBank ASC olaraq öz mövqeyimizi Sizə göndəririk.
Bildirmək istəyirik ki, bank qarşısında öhdəliklərini 8 ildən artıq icra etməyən və kreditə götürülmüş pul vəsaitini naməlum istiqamətdə xərcləmiş Rəcəbov Tofiq Zəbulla oğlunun belə bəyanatı ciddi təəccüb və təəssüf hiss doğurur.
Belə ki, Rəcəbov Tofiq Zəbulla oğlu ilə “AGBank” ASC-nin kredit münasibətləri uzun müddət ərzində davam etmişdir. Lakin son kreditlərin rəsmiləşdirilməsindən bir müddət sonra kredit öhdəliklərinin icrası dayandırılmışdır.Bununla əlaqədar bank Nərimanov rayon məhkəməsinə müraciət edərək yaranmış borcun girov qoyulmuş əmlaklara yönəldilməsini xahiş etmişdir. Nərimanov rayon məhkəməsində işə baxılarkən bir sıra ətraflı araşdırmalar ələlxüsus məhkəmə mühasibatlıq ekspertizası keçirilərək borcun tutularaq banka ödənilməsi və girov qoyulmuş əmlakların hərraca çıxarılmasına dair məhkəmə qətnaməsi qəbul olunmuşdur.Məhkəmə işində Rəcəbov Tofiq Zəbulla oğlunun hüquqlarını iki nümayəndəsi qorumuşdur.
Məhkəmə qətnaməsi ilə razılaşmayan Rəcəbov Tofiq Zəbulla oğlu iş üzrə Apellyasiya və Ali məhkəməyə şikayətlər vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 mart 2011-ci il tarixli qərarı ilə şikayət təmin olunmamış, Nərimanov rayon məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Qeyd etmək istəyirik ki, məhkəmə qətnaməsi bu günkü günə kimi tam şəkildə icra olunmamışdır. İlk növbədə bütün hərraca çıxarılan əmlakların könüllü şəkildə satılaraq borcun ödənilməsinə yönəldilməsi bank tərəfindən Tofiq Rəcəbova təklif olunmuşdur. Rəcəbov Tofiq bu təklifə əvvəlcədən müsbət cavab versədə sonradan satışla əlaqədar heç bir tədbir görməmişdir. Məhkəmə qətnaməsi icaraya yönəldilərək əmlaklar hərraca çıxarılmış və hərrrac baş tutmadığından həmin əmlakların alınması banka təklif olunmuş, bank kreditin ödənilməsinin digər imkanların olmadığından əmlakları alaraq onları 4 il ərzində üçüncü şəxslərə alqı-satqı müqaviləsi əsasında sataraq əldə olunmuş pul vəsaitlərini borcun ödənilməsinə yönəldmişdir. Dəfələrlə Tofiq Rəcəbova qalıq kredit borcunun ödənilməsi ilə əlaqədar müraciət olunmuş və bu müraciətlər heç bir nəticə verməmişdir.
Əksinə Tofiq Rəcəbov borcun ödənilməsinin mümkün olmadığı və sahibkarlıq fəaliyyətinin başqa bir istiqamətdə apardığını girov qoyulmuş əmlakların isə ödəniş aparılmadan ona qaytarılmasını tələb etmişdir.Bu təklifin icrasının mümkün olmamasını görən Tofiq Rəcəbov artıq qanunvericiliyə uyğun keçirilmiş hərrac əsasında bankın mülkiyyətinə keçərək alqı-satqı müqaviləsi əsasında üçüncü şəxsə satılmış əmlakı mübahisələndirərək məhkəməyə müraciət etmiş məhkəmə öz növbəsində qanuna uyğun keçirilmiş hərracın nəticələrini və alqı-satqını heç bir hüquqi dəlilə əsaslanmadan ləğv etmişdir.Bank həmin iş üzrə həm özünün həm də vicdanlı alıcının hüquqlarının qorunması və ədalətin bərqərar olunması üçün növbəti instansiya məhkəməsinə müraciət edib.
Bütün qeyd olunanlar Rəcəbov Tofiq Zəbulla oğlunun həqiqəti əks etdirməyən ifadələrinin heç bir mənbədən qaynaqlanmadığını sadəcə olaraq borc öhdəliyindən yayınma xarakteri daşıdığını anlamını yaradır.
“AGBank” ASC Azərbaycan Respublikasında fəaliyyət göstərən bir bank olaraq verilmiş kredit borcunu tələb etmək hüququna malikdir. Rəcəbov Tofiq Zəbulla oğluna daha dəqiq desək onun rəhbərlik etdiyi “Qəbələ Şərab” ASC-yə verilmiş kredit məbləğlərinin banka girov qoyulmuş əmlakların satışı hesabına ödənilməli olduğu Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında təsbit olunmuşdur.Dövlət tərəfindən çıxarılan istənilən qətnamə və götürülmüş öhdəliklər icra olunmalıdır.
Bu səbəbdən 05 yanvar 2009-cu il tarixində çıxarılmış Nərimanov rayon məhkəməsinin qətnaməsinin icrasından yayınan Rəcəbov Tofiq Zəbulla oğlunu öhdəlikdən boyun qaçırmaq məqsədilə yazılan əsassız ittihamlardan əl çəkməyi, bu məsələlərə siyasi don geydirməməyi bank qarşısında olan borcun ödənilməsinin təmin etməyə çağırırıq.
Bu istiqamətdə istənilən qarşılıqlı müzakirələrin aparılmasına hazırıq.
Bütün bu göstərilənləri nəzərə alaraq, yuxarıda qeyd edilənləri AGBank-ın mövqeyi kimi qəbul edib, onu olduğu kim yayımlamanızı və gələcəkdə AGBank-ın adı hallanan və onun mövqeyinə toxunan yazılar dərc olunmamışdan əvvəl mövqeyimizi öyrənməyi xahiş edirik.

Hörmətlə,

AGBank ASC
Mətbuat Xidməti
19.11.2015












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.