Prezidenti evində döyüb qarət etdilər

21-11-2015, 14:44           
Prezidenti evində döyüb qarət etdilər
Ümumrusiya Sambo Federasiyasının və Avropa Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev, həyat yoldaşı və anası naməlum şəxslər tərəfindən döyülüb.

Report-un məlumatına görə, hüquq-mühafizə orqanlarından TASS-a hadisənin Moskvaətrafı Ayı gölü qəsəbəsində ötən gecə saat 3:00 radələrində baş verdiyi bildirilib.

Mənbə deyib ki, 4 maskalı şəxs kottecə soxulduqdan sonra kişini, xanımını və anasını döydükdən sonra tapança ilə hədələyərək, onları bağlayıblar. daha sonra naməlum şəxslər evdən 450 min dollar, 5 min rubl və 30 min avro oğurlayaraq, aradan çıxıblar.

Regionun polis idarəsinin mətbuat xidmətindən qarət məqsədilə hücum faktı təsdiqlənib. Amma zərərçəkənlərin şəxsiyyəti açıqlanmayıb. Faktla bağlı cinayət işi açılıb, qarətçilərin tapılıb tutulması istiqamətində operativ tədbirlər görülür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.