"Vashinqton Post"un müxbiri İranda casus kimi həbs edildi

22-11-2015, 21:20           
"Vashinqton Post"un müxbiri İranda casus kimi həbs edildi
İranda məhkəmə "The Washington Post" qəzetinin müxbiri Ceyson Rezayanı casusluqda ittiham edərək həbs edib.

Bu barədə yerli mətbuat xəbər verir. Amma hökmün təfərrüatları və müddəti hələ ki, məlum deyil.

İran və ABŞ vətəndaşlıqları olan 39 yaşlı C.Rezayan 2012-ci ildə "The Washington Post" qəzetinin Tehran bürosunu təsis edib.

O, 2014-cü ilin iyul ayında İran hakimiyyəti tərəfindən saxlanmışdı. Onunla birgə fotoreportyor olan xanımı Yeganə Salehi və Tehranda çalışan digər iki amerikalı fotoqraf da həbs edilmişdi.

Həmin ilin oktyabr ayında isə Yeganə Salehi və fotoqraflar azadlığa buraxılıb.

Jurnalistin vəkili Leyla Ahsan jurnalistlərə bildirib ki, Tehran prokurorluğu C.Rezayana qarşı İran hökumətinin siyasi problemləri həll metodu barədə məlumat toplamaqla bağlı ittiham irəli sürüb (BBC).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru