Daha bir MTN generalı işdən çıxarıldı

26-11-2015, 01:52           
Daha bir MTN generalı işdən çıxarıldı
Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzini rəisi, general Elçin Quliyev bun gün tutduğu vəzifəsindən azad edilib. Bu barədə JAM.AZ-a hüquq mühafizə orqanlarındakı mənbələrdən məlumat daxil olub. Məlumatda deyilir ki, general Elçin Quliyevin işdən çıxarılmasına səbəb işdə yol verdiyi ciddi nöqsanlar olub. Mənbə bildirib ki, işdən çıxarılan general haqqında da “MTN işi” ilə əlaqədar cinayət işi açıla biləcəyi ehtimal edilir.
Xatırladaq ki, sözügedən MTN məmuru ilə bağlı hələ bir müddət əvvəl fotoşəkillər yayılmışdı. Orada generalın qonşu ölkələrdən birində xarici xüsusi xidmət orqanlarının əməkdaşları ehtimal olunan qadınlarla birlikdə fotoları əks olunmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru