Qumarda 78 min avro uddu, “Job center” yardımı geri istədi

5-11-2019, 02:40           
Qumarda 78 min avro uddu, “Job center” yardımı geri istədi
Almaniyada sosial yardım alan şəxs qumara görə “Job center”ə pulları geri ödəməlidir. AzEuroNews.com xəbər verir ki, buna səbəb onun qumarda 78 min avro udmasıdır.

Qumardan qazandığı pul bank hesabına köçürüləndən sonra bunu iş idarəsinə (Job center) bildirmədiyindən aldığı sosial yardımı geri ödməlidir.

Kölndə baş verən hadisədə 30 yaşlı bir alman onlayn qumar saytlarının birindən əldə etdiyi 78 min avronu uzun müddət “Job center”dən gizlədib.

Ancaq sözügdən idarə şəxsin bank hesabları ilə bağlı məlumatı əldə etdikdən sonra sosial yardım olaraq ödədiyi 12 min avronu geri istəyərək yardımı kəsib.

İdarə 30 yaşlı almanı məhkəməyə verib. O məhkəmədəki ifadəsində bildirib ki, qumar oynamır və hesabından keçmiş sevgilisi istifadə edib.

Məhkəmə həmin şəxsin sevgilsinin iclasa çağrılaraq dindirilməsi üçün növbəti həftəyə təyin olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.