10 yaşlı qızın IQ səviyyəsi Eynşteyn və Hokinqi geridə qoydu

18-12-2019, 15:18           
10 yaşlı qızın IQ səviyyəsi Eynşteyn və Hokinqi geridə qoydu
Britaniyanın Birminhem şəhərinin sakini dünyanın intellekt imkanlarının müəyyənləşdirilməsi sahəsində ən məşhur testi sayılan “Mensa IQ”də fenomenal nəticə göstərib.

“Mirror” xəbər verir ki, Freyya Manhotra oktyabrda 10 yaşında testi uğurla keçib.

Onun göstəricisi intellekt əmsalı 160 balla qiymətləndirilən Albert Eynşteyn və Stiven Hokinqdən iki bal yüksək olub.

Qızın atası uşağa təzyiq göstərmək istəmədiklərini, lakin hələ iki-üç yaşlarında olarkən dünyaya çox istedadlı bir qızın gəldiyini anladıqlarını qeyd edib.

Fenomenal yaddaşa malik qız taekvondo, şahmat, Bollivud rəqsləri və üzgüçülüklə də məşğul olur. Gələcəkdə hansı peşənin sahibi olmaq istədiyini müəyyən etməsə də, Freyya Manhotra rejissor olmağı istisna etməyib. /oxu.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru