Balakəndə ata Rusiyadan qayıdan oğlunu güllələdi - Daha üç nəfər yaraland

19-12-2019, 00:02           
Balakəndə ata Rusiyadan qayıdan oğlunu güllələdi - Daha üç nəfər yaralandı
Balakəndə ata oğlunu güllələyib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Yeni Şərif kəndində qeydə alınıb. Kənd sakini 53 yaşlı Məhəmməd Bağmanov ailə münaqişəsi nəticəsində oğlu, 32 yaşlı Əhməd Bağmanovu güllələyib.

Tüfəngdən açılan atəş nəticəsində ətrafa yayılan qırmalar daha 3 nəfəri yaralayıb. Onlardan biri azyaşlıdır.

Məlumata görə, 32 yaşlı Əhməd Bağmanov bir neçə gün öncə Rusiya Federasiyasından qayıdıb. Hadisənin ata ilə oğlunun aralarında yaranmış mübahisə nəticəsində baş verdiyi bildirilir.

Yaralılar dərhal Balakən rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onlar həkimlər tərəfindən müayinə olunur. Əhməd Bağmanov isə əməliyyata götürülüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.