Naxçıvan istiqamətində GƏRGİNLİK: - Düşmən mövqelərini irəli çəkmək istədi

27-05-2020, 13:31           
Naxçıvan istiqamətində GƏRGİNLİK: -
Ermənistan ordusunun Naxçıvan istiqamətində təxribat cəhdinin qarşısı alınıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu zaman hərbi hissələrdən birinin komandiri olan erməni zabitinin xidməti “Nissan Patriot” markalı avtomobili sıradan çıxarılaraq məhv edilib.

Düşmən ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan faktı təsdiqləyib. O, Naxçıvan istiqamətində ordunun mövqeyini irəli çəkmək istədiyi zaman atəşə məruz qaldıqlarını söyləyib.

“İnsident tərəflər arasındakı neytral ərazidə yeni mövqelərimizi bərkidən zaman baş verib. Bəli, avtomobil yansa da, o, batalyon komandirinə xidmət göstərmirdi”.

Stepanyan cəbhədə hər gün atışmaların olduğunu, bu zaman hər iki tərəfin texnika sarıdan itki verdiyini söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru