İnterpolun axtardığı "Maserati" görün harada tapıldı - FOTOLAR

30-05-2020, 00:06           
İnterpolun axtardığı "Maserati" görün harada tapıldı - FOTOLAR
Beynəlxalq Polis Təşkilatı - İnterpol tərəfindən axtarışda olan təxminən 100 min ABŞ dolları dəyərində avtomobil Türkiyənin Konya şəhərində tapılıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, avtomobil Konyanın Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən üzərində dövlət nömrə nişanı olmadan Konyada yerləşən bir dayanacaqda aşkarlanıb.

2012-ci il istehsalı olan maşının 2016-cı ildə Almaniyadan oğurlandığı bildirilir.

Bu barədə artıq İnterpola yazılı məlumat göndərilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru