Polisin barmağını avtomobilin şüşəsinin arasında qoyub yol ilə sürüdü - VİDEO

15-08-2020, 21:14           
Polisin barmağını avtomobilin şüşəsinin arasında qoyub yol ilə sürüdü - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində sürücü ona cərimə yazmaq istəyən yol polisinə ağır xəsarət yetirib.

REN TV xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yol polisinin müfəttişi “BMW” markalı avtomobili saxlayaraq sürücüyə idarə etdiyi nəqliyyat vasitəsinin nömrəsi barədə irad bildirib.

Sürücü qanunun tələbinə məhəl qoymayaraq polisin barmaqlarını avtomobilin pencərəsinə sıxaraq nəqliyyat vasitəsini işə salıb.

Nəticədə avtomobil yol polisi müfəttişini 700 metrə qədər asfaltın üzərində sürüyüb.

Hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində sürücü saxlanılıb.

Onun barəsəində cinayət işi açılacağı gözlənilir.paralel












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru