Suriyada PKK/YPG-nin böyük silah partiyası ələ keçirildi XÜSUSİ ƏMƏLİYYAT

29-03-2021, 08:19           
Suriyada PKK/YPG-nin böyük silah partiyası ələ keçirildi XÜSUSİ ƏMƏLİYYAT
Türkiyənin təhlükəsizlik qüvvələri Suriyanın şimal-qərbindəki Aazazaz rayonunda keçirilən xüsusi əməliyyat zamanı PYD/YPG terror təşkilatına məxsus böyük silah partiyasını ələ keçiriblər.

Virtualaz.org bildirir ki, Türkiyə Daxili İşlər Nazirliyinin bazar günü yaydığı məlumatda belə deyilir.

Ələ keçirilən sursatlar arasında 2 TOW raketi, 24 “Kalaşnikov” avtomatı, 1 snayper tüfəngi və 2 iri kalibrli DŞK pulemyotu var.

Məlumata görə, yaraqlılar Şimali Suriyanın terrorçulardan azad edilmiş ərazilərində dinc sakinlərə və təhlükəsizlik qüvvələrinə hücum etmək üçün silahlarını onların nəzarətində olan Münbiçə keçirməyi planlaşdırıblarmış.

Əməliyyat zamanı PYD/PKK terror təşkilatının silahlarını ötürmək niyyətində olduqlarını etiraf edən iki şəxs saxlanılıb.

Xatırladaq ki, Aazazaz rayonu Türkiyə Silahlı Qüvvələrinin "Fərat qalxanı" anti-terror əməliyyatının keçirildiyi zonada yerləşir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru