Vilnüsdə rusiyalı diplomat döyüldü

6-03-2022, 10:35           
Vilnüsdə rusiyalı diplomat döyüldü
Vilnüsdə naməlum şəxslər rusiyalı diplomata hücum edib və onu döyüblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

“Litva paytaxtında rusiyalı diplomata fiziki güc tətbiq edilərək hücum edilib, səfirə təzyiq göstərilməyə cəhd edilib.

“Nümayəndəliklərimiz artıq müvafiq notalar göndərib, lakin Rusiyanın xaricdəki nümayəndəliklərini qorumaq üçün Baltikyanı dövlətlərin gördüyü tədbirlər açıq şəkildə yetərli deyil”, - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiyanın Litvadakı səfirliyi diplomatlara təhdidlər və səfirə təzyiq faktları ilə bağlı bu ölkənin Xarici İşlər Nazirliyinə nota göndərib.
virtualaz












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru