Belarusun Baş Qərargah rəisi istefa verdi: Ukraynada döyüşmək istəməyib – FOTOFAKT

6-03-2022, 17:06           
Belarusun Baş Qərargah rəisi istefa verdi: Ukraynada döyüşmək istəməyib – FOTOFAKT
Belarus Silahlı Qüvvələrin Baş Qərargah rəisi - Belarus müdafiə nazirinin birinci müavini, general-mayor Viktor Quleviç istefa verib. O, bununla bağlı nazir Viktor Gennadeviç Xreninə ərizə yazıb.

Bizim.Media Ukrayna mediasına istinadla bildirir ki, bu barədə ukraynalı jurnalist Andrey Tsaplienko məlumat verib.

Onun sözlərinə görə, nazirə göndərilən istefa ərizəsi ilə bağlı sənəd saxta deyil.

“Belarusun Baş Qərargah rəisi istefa verib. O, Ukrayna ilə döyüşmək istəmir. Amma düşünürəm ki, müharibəni planlaşdırmadan əvvəl, Putinlə birlikdə başlayandan sonra deyil, daha əvvəl düşünmək lazım idi”, - jurnalist vurğulayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru