Ukraynada hava həyəcanı elan edilib - Kiyevdə partlayışlar olub

7-03-2022, 00:02           
Ukraynada hava həyəcanı elan edilib - Kiyevdə partlayışlar olub
Ukraynanın bir çox şəhərlərində hava həyəcanı siqnalı verilib, sirena səsləri eşidilir. Bu barədə “Report” UNİAN-a istinadən xəbər verir.

Sakinlərdən təcili olaraq sığınacaqlara getmələri və müharibə zamanı təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş olunur.

Məlumata görə, hazırda ölkədə raket zərbəsi təhlükəsi var. Bundan əlavə, Lubna, Svetlovodsk, Kamenes-Podolsk, Uman, Starokonstantinovka, Xmelnitsk, Jitomir, Korosten, Vasilkov, Beloy Çerkov, Qostomel və Vinnisa şəhərlərində, Kirovoqrad, Volınsk, Sumı, Rovensk vilayətlərində hava həyəcanı elan edilib.

Paytaxt Kiyevdə də partlayış səsləri eşidilir. Buna görə də sakinlərə də sığınacaqda qalmaları tövsiyə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru