Ukrayna ordusu Xerson yaxınlığında işğalçıların 30 helikopterini birdəfəyə məhv etdi
7-03-2022, 18:52
Nikolayevin girəcəyində isə işğalçıları 3 kolonu dağıdılıb Martın 7-nə keçən gecə Ukrayna hərbçiləri işğal olunmuş Xerson şəhəri yaxınlığında Rusiya Silahlı Qüvvələrinin 30-a qədər helikopterinin yerləşdirildiyi Çernobayevka aerodromunu darmadağın ediblər. “Düşmənin 30 helikopteri, həmçinin canlı qüvvə və texnikası məhv edilib", - UNİAN agentliyi bldirib. Bundan əlavə, son sutka ərzində Rusiya Silahlı Qüvvələrinin Nikolayevin girəcəyində 3 kolonu məhv edilib. Çoxlu sursat, avtomovl və 7 ədəd D-20 haubitsa ələ keçirilib. azadliq.az