Ordu Nikolayev aeroportunu geri qaytardı

8-03-2022, 00:00           
Ordu Nikolayev aeroportunu geri qaytardı
Ukrayna Silahlı Qüvvələri Nikolayev hava limanını geri qaytarıb.

Unian.net xəbər verir ki, bu barədə Nikolayev regional hərbi idarəsinin rəhbəri Vitali Kim bildirib.

O qeyd edib ki, hava limanından uçuşlar üçün istifadə edilməsi hələ ki mümkün deyil, lakin Ukrayna hərbçiləri ərazidə möhkəmlənirlər.

Vitali Kim hava limanındakı Rusiya hərbçilərinin meşəlik əraziyə və digər bölgələrə qaçdığını deyib.

Xatırladaq ki, bir müddət öncə Rusiya hərbçilərinin Nikolayev hava limanını tutması barəsində xəbərlər yayılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru