Rusiya “Kalibr”lə zərbə endirdi: ciddi itkilər var

8-03-2022, 00:07           
Rusiya “Kalibr”lə zərbə endirdi: ciddi itkilər var
Nikolayevdə hərbi kazarmaya Rusiya ordusu raket zərbəsi endirib.

Axar.az xəbər verir ki, bu barədə Nikolayev vilayəti dövlət administrasiyasının rəhbəri Vitali Kim sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, hücum səhər saat 5-də, insanlar yatarkən edilib. Zərbə nəticəsində 8 hərbçi ölüb, 8 hərbçi itkin düşüb, 19 yaralı var.

Kazarma “Kalibr” qanadlı raketi ilə vurulub.

Vitali Kim bugünkü döyüşlərlə bağlı isə qeyd edib ki, hücuma keçiblər və düşməni geri oturdublar:

“Biz 3 tərəfdən hücum etdik, onları yaxşı qovduq, cəzalandırdıq. Ancaq itkilərimiz məhz səhər, əsgərlər yatarkən endirilən zərbədən oldu”.

O həmçinin şəhər infrastrukturuna ciddi ziyan dəydiyini də vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru