"Qarabağ əlili polis tərəfindən döyüldü" - FOTOLAR

6-05-2016, 14:33           

"Bakıda Qarabağ əlili polis idarəsində döyülüb". Bu iddia ilə ANS PRESS-ə əlilin həyat yoldaşı Əfsanə Oruc qızı İmranova müraciət edib. Qadın iddia edir ki, həyat yoldaşı Ramil İmran oğlu İmranova Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinin (DYPBRŞ) rəisi Cavanşir Ələkbərov və müavini Paşa Ağayev tərəfindən bir neçə gün əvvəl xəsarət yetirilib:

"Ərim bir neçə gün əvvəl DYPBRŞ-ə gedərək qardaşımın sürücülük vasiqəsinin ləğv edilməməsi barədə polis əməkdaşları ilə danışmaq istəyib. Bu zaman Ramillə rəis və onun müavini arasında mübahisə yaranıb. Mübahisə zəminində onlar həyat yoldaşımı ağır söyüşlərlə təhqir ediblər. Ramil qarşılıq verdikdə isə onun döyərək ağır bədən xəsarətləri yetiriblər. Daha sonra isə onu əraziyə cəlb edilən təcili yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırıblar", -deyə Əfsanə Orucova iddia edir.

Qadın bildirdi ki, əri aldığı xəsarətlərdən koma vəziyyətinə düşüb və uzun müddət sonra özünə gəlib: "Allaha şükür hazırda vəziyyəti normaldır. Həkimlər bildirdi ki, onun yara aldığı nahiyəsinə zərbə endirildiyi üçün Ramil özünü itirib".

Ailədən onu da bildirdilər ki, hadisədən sonra Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə və xəstəxana polisinə müraciət edilsə də, döyülən şəxslə heç bir polis əməkdaşı maraqlanmayıb.

Məsələ ilə bağlı Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsindən ANS PRESS-ə bildirdilər ki, şöbədə heç bir döyülmə faktı olmayıb: "Biz məsələni sorğunuz əsasında araşdırdıq və məlum oldu ki, bir neçə gün əvvəl şöbənin qarşısında bir nəfər Qarabağ döyüşləri zamanı əlil insanı qıcovma tutub və onu ərazidən aparıblar. Yəni ki, həmin şəxs şöbədə rəis və müavini tərəfindən döyülməyib".

Ramil İmranov 199-94-cü illərdə Qarabağda gedən döyüşlərdə iştirak edib və yaralanıb. 10 avqust 2011-ci ildə ona 1-ci qrup Qarabağ əlili statusu verilib. Onun iki övladı var.

"Qarabağ əlili polis tərəfindən döyüldü" - FOTOLAR














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.