Hadisə Bakıxanov qəsəbəsində baş verib. 271 saylı orta məktəbin şagirdi, 2002-ci il təvəllüdlü İmanov Bayraməli Rəşad oğlu məktəb yoldaşı tərəfindən bıçaqlanıb. Məktəbin həyətində bıçaqlanan 14 yaşlı şagird 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, bıçaqlanan və hadisəni törədən yeniyetmələr arasında mübahisə gündüz məktəbdə başlayıb. Daha sonra məktəblilər instagram-da mübahisəni davam etdiriblər və bir-birilərinə söyüş yazıblar. Axşam saatlarında isə Rüstəm C. adlı məktəbli Bayraməli İmanova zəng edib və onu məktəbin həyətinə çağırıb. Orda məktəblilər dalaşıblar və Rüstəm özü ilə gətirdiyi bıçaqla Bayraməlini vurub.
14 yaşlı məktəbli hazırda əməliyyat olunur. (musavat.com)