Rus ordusuna şok zərbə: 400 ölü, 300-ə yaxın yaralı...
2-01-2023, 10:46
Donetsk vilayətində 400-ə yaxın rus işğalçısı öldürülüb, 300-ə yaxını isə yaralanıb.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Strateji Rabitə Departamenti bildirib.
Qeyd edilir ki, zərbə müvəqqəti işğal olunmuş Makiyevkada səfərbər olanlara endirilib.
Səfərbər olunan rusların 19 saylı peşə məktəbinin binasına (Kremlevskaya küçəsi, 48) yerləşdirildiyi deyilir:
“Qızdırıcılarla ehtiyatsız davranma, təhlükəsizlik tədbirlərinə laqeyd yanaşma, müəyyən edilməmiş yerdə siqaret çəkmə nəticəsində Şaxta baba 400-ə yaxın meyit toplayıb”.
Bundan əlavə, daha 300-ə yaxın rus hərbçisinin müxtəlif dərəcəli xəsarətlər aldığı qeyd edilib.