Sabiq baş naziri maşın vurub öldürdü - Foto

6-01-2023, 11:48           
Sabiq baş naziri maşın vurub öldürdü - Foto
Rusiya Federasiyasının Dağıstan Respublikasının sabiq Baş naziri Məhəmməd Abdullayev avtomobil qəzasında həlak olub.
Yenisabah.az TASS agentliyinə istinadən xəbər verir ki, hadisə Mahaçqala şəhərində baş verib.

Məlumata görə, “VAZ” markalı avtomobil 61 yaşlı kişini vurub. Qəza nəticəsində ağır xəsarət alan piyada xəstəxanaya aparılıb, lakin orada dünyasını dəyişib.

Ölən şəxsin sabiq Baş nazir Məhəmməd Abdullayev olduğu müəyyənləşib.

Qeyd edək ki, Məhəmməd Abdullayev 2010-cu il fevralın 20-dən 2013-cü il yanvarın 30-dək Dağıstanın Baş naziri vəzifəsində çalışıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru