Meksikanın paytaxtında qatarlar toqquşub: Ölən və yaralananlar var – FOTO/VİDEO

8-01-2023, 10:25           
Meksikanın paytaxtında qatarlar toqquşub: Ölən və yaralananlar var – FOTO/VİDEO
Meksikanın paytaxtı Mexikoda metrostansiyada iki qatar toqquşub.

Məlumatı Mexiko şəhərinin meri Klaudiya Şeynbaum təsdiq edərək əlavə edib ki, hadisə yerinə təcili tibbi yardım xidmətinin həkimləri, polis, Mülki Təhlükəsizlik nazirliyinin və Vahid Risk İdarəetmə İdarəsinin əməkdaşları cəlb olunub.

“Hadisə nəticəsində bir nəfər ölüb, 16 nəfər xəsarət alıb. Qatarda ilişib qalan dörd sərnişindən üçü artıq xilas edilib, daha birinin xilas edilməsi hələ də davam edir”, - deyə Mexiko meri vurğulayıb.



Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru