Moskvada yaşayış binasında partlayış: Ölənlər var – YENİLƏNİB

9-01-2023, 08:58           
Moskvada yaşayış binasında partlayış:
Moskvada yaşayış binasındakı partlayışın təfərrüatı məlum olub.

Ölən iki qadın onlara atəş açan Moskva sakininin anası və bacısı olub.

Atışmadan sonra həmin şəxs mənzili yandıraraq intihar edib. Rusiya İstintaq Komitəsi iki və daha çox şəxsin qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi açıb.

Mənbə: lenta.ru

***

Moskvanın cənub-qərbindəki yaşayış binasında mənzillərdən birində partlayış baş verib.

Hadisə nəticəsində 3 nəfər ölüb.

İnsident yanvarın 8-də günorta saatlarında Dmitri Ulyanov küçəsindəki 19 mərtəbəli binada yaşanıb. Məlumata görə, partlayış 14-cü mərtəbədə olub.

Partlayış nəticəsində mənzilin şüşəsi qırılıb və yanğın başlayıb. Təcili yardım xidmətləri hadisə yerində 3 nəfərin cəsədini aşkarlayıb.

Xilasedicilər partlayışın nəticələrini aradan qaldırmağa davam edirlər.

Paytaxt Prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru