Misirin şimal-şərqinə qar yağıb - VİDEO

10-01-2023, 11:44           
Misirin şimal-şərqinə qar yağıb - VİDEO
Misirin şimal-şərqində yerləşən Şərqiyyə əyalətinə qar yağıb.

Yerli KİV yazır ki, əyalətin müxtəlif şəhər və kənd yolları, damları qarla örtülüb.

Qeyd olunur ki, Misirin bu ərazilərinə qarın yağması nadir hallarda müşahidə olunur.

Paytaxt Qahirədə isə artıq bir neçə gündür ki, güclü yağışlar yağır.

Şəhərin bir çox küçələri su yığılması səbəbindən bağlanıb, tunellərdə hərəkət müvəqqəti dayandırılıb, Nil çayı üzərindən keçən körpülərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Mənbə: Ad Dustour












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru