Yakutiyada uçuş zamanı təhlükəli anlar: Təyyarənin qapısı açıldı - VİDEO

10-01-2023, 12:58           
Yakutiyada uçuş zamanı təhlükəli anlar:
Yakutiyada “İrAero” şirkətinə məxsus təyyarə təcili olaraq eniş etməyə məcbur olub.

Maqandan Maqadana uçan təyyarənin uçuş zamanı qapısı açılıb.

Bir neçə kilometr hündürlükdə olduğu zaman “An-26-100” təyyarəsinin yük bölməsində olan və birbaşa salona aparan qapısı açılıb.

Xoşbəxtlikdən gəmidə olan 25 nəfər, o cümlədən ekipaj üzvləri xəsarət almayıblar. Yalnız bəzilərinin başındakı papaqlar hava boşluğuna uçub.

Pilotlar təcili eniş ediblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: “Mash” “Telegram”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru