Azərbaycan Ordusunun əsgəri vəfat edib

14-01-2023, 00:04           
Azərbaycan Ordusunun əsgəri vəfat edib
Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

Teref.az yazır ki, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xankişiyev Mətin İsrəfil oğlunun vəfat etməsi barədə məlumatı təsdiq edib.

“Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xankişiyev Mətin İsrəfil oğlunun “tənəffüs yollarının mədə möhtəviyyatı ilə tutulması nəticəsində mexaniki asfiksiya səbəbindən” vəfat etməsi barədə məlumatı təsdiq edirik. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!”, - bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru