Latviya şəhərində daşqın: Sakinlər təxliyə olunur - FOTO

14-01-2023, 10:54           
Latviya şəhərində daşqın: Sakinlər təxliyə olunur - FOTO
Latviyada Qərbi Dvina çayında suyun səviyyəsinin qalxması nəticəsində daşqın yaranıb.

Nəticədə paytaxt Riqadan 150 kilometr şərqdə yerləşən Ekabpils şəhərinin sakinlərinin təxliyə olunmasına başlanılıb.

“Vəziyyət kritik olaraq qalmağa davam edir”, - deyə şəhər meri Rayvis Raqaynis bildirib.

Çayda suyun səviyyəsi səkkiz metrdən çox qalxıb. Sonuncu dəfə bu, təxminən 40 il əvvəl baş verib.

Şəhərdə məktəblər işləmir, kritik daşqınlara meyilli ərazilərdə həyəcan siqnalları işə salınır, yerli sakinlərə kəndi tərk etmələri tövsiyə olunur. Vətəndaşların Ekabpilsdən təxliyəsi üçün ictimai nəqliyyat fəaliyyət göstərir.




Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru