Əfqanıstan parlamentinin keçmiş deputatı Kabildəki evində öldürülüb

15-01-2023, 14:06           
Əfqanıstan parlamentinin keçmiş deputatı Kabildəki evində öldürülüb
Naməlum silahlılar Kabildə Əfqanıstan parlamentinin keçmiş deputatını güllələyiblər. "Report" xəbər verir ki, bu barədə “Hasht-e Subh” qəzeti məlumat yayıb.

Mürsəl Nəbizadə gecə saatlarında Kabilin şərqindəki evində öldürülüb. Silahlı hücum zamanı Nəbizadənin qardaşı da yaralanıb.

Kabil polis idarəsinin katibi Xalid Zadran qətllə bağlı məlumatı təsdiqləyib. O, "Taliban" təhlükəsizlik qüvvələrinin araşdırmaya başladığını bildirib.

Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru