FİLM KİMİ CİNAYƏT: GÖRÜN QATİLİ BİR İL SONRA KİM ÇIXDI…

31-01-2023, 11:04           
FİLM KİMİ CİNAYƏT: GÖRÜN QATİLİ BİR İL SONRA KİM ÇIXDI…
Türkiyədə ötən ildən itkin düşdüyü ehtimal edilən bir uşaq anası Mine Kocadağın əri Mithat Kocadağ tərəfindən qətlə yetirildiyi məlum olub.

Tribunainfo.az-ın xəbərinə görə, əri özü polisə müraciət edərək arvadının itkin düşdüyünü bildirib. Ancaq Minenin qardaşı Tayfun Koç polisə ifadəsində bacısının əri tərəfindən öldürülməsindən şübhələndiyini bildirib. Ancaq əri ifadəsində onun harada olduğunu bilmədiyini qeyd edib və bu bir il ərzində araşdırmalar nəticəsiz qalıb. Əməliyyat qrupu oteldə ofisiant işləyən qadının əri ilə bağlı yeni istintaq hərəkətləri aparıb. Oteldən əldə edilən kamera görüntülərində Mithatın əl arabası ilə yük daşıdığı lentə alınıb. Otelin arxasında və bağçasında polis axtarış aparsa da, Mineyə aid iz aşkar edə bilməyib. Ancaq telekanalların birinə çıxan ər arvadını öldürdüyünü etiraf edib və onu basdırdığı yeri açıqlayıb. Otelin bağçasında aparılan qazıntı zamanı qadının cəsədi aşkar edilib, halbuki iki həftə əvvəl həmin ərazidə itlə aparılan axtarışlar nəticəsiz qalmışdı. O, etiraf edib ki, gecə saat 3-də mətbəxdə mübahisə ediblər, qadını itələyib və başı yerə dəyərək huşunu itirib, yerdə qalan Mine həyatını itirib. Onu evdə saxlayıb və sübh vaxtı otelin bağçasına gətirib dəfn edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru