İtaliya hərbi təyyarəsi qəzaya uğradı: Beş yaşlı qız öldü - VİDEO

17-09-2023, 12:24           
İtaliya hərbi təyyarəsi qəzaya uğradı:
İtaliyanın “Frecce Tricolori” akrobatika komandasının təyyarəsi Turin yaxınlığında təlim uçuşu zamanı qəzaya uğrayıb.

Məlumata görə, bu, bazar gününə planlaşdırılan aviaşoudan əvvəlki son uçuş olub. Təyyarə hündürlüyünü itirərək qrupdan ayrılıb və aerodrom yaxınlığında uçuş-enmə zolağına düşərək alışıb. Pilot vaxtında təyyarəni tərk etməyi bacarıb.

Bildirilir ki, təlim təyyarəsinin qəzaya uğraması nəticəsində beş yaşlı qız ölüb. Belə ki, təyyarə içərisində bir ailənin olduğu avtomobilin üzərinə düşüb.
Qızın doqquz yaşlı qardaşı, anası və atası da ağır yanıq xəsarətləri alıb və Turin xəstəxanasına aparılıb. Təyyarənin pilotu da yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru