Rumıniyada koronavirusa yoluxma halları kəskin artım müşahidə olunur
18-09-2023, 10:24
Hazırda Rumıniyada hər gün iki min koronavirusa yoluxma halı qeydə alınır.
Bu barədə Rumıniyanın səhiyyə naziri Aleksandru Rafile Europa FM radiostansiyasının efirində danışıb.
O qeyd edib ki, hökumət virus əleyhinə dərmanların kütləvi alınmasına başlayıb. Eyni zamanda, nazir bu prosesi tez bir zamanda başa çatdıracağına söz verib.