Qadının gözlərindən 60 canlı parazit qurd çıxarıldı

11-12-2023, 12:27           
Qadının gözlərindən 60 canlı parazit qurd çıxarıldı
Həkimlər Çinin Kunminq şəhər sakininin gözündən 60 canlı parazit qurd çıxarıblar.

Xeber.ge xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Bildirilib ki, qadını gözünü qaşıdıqdan və içindən canlı qurd düşdükdən sonra xəstəxanaya gdib. Əməliyyat zamanı göz almaları və göz qapaqları arasındakı boşluğu onlarla parazit tutduğu üzə çıxıb. Ümumilikdə həkimlər sağ gözdən 50, sol gözdən 10 qurd çıxarıblar.

Aşkar edilmiş bütün onurğasızlar Filarioidea filumunun nümayəndələridir. Onlar adətən Afrikada, eləcə də Cənubi Asiyanın bəzi ərazilərində yaşayan və həşəratlar tərəfindən yayılan dəyirmi qurdlardır. Lakin xəstə iddia edir ki, infeksiya ev heyvanlarından baş verib. Onun versiyasına görə, o, ev heyvanlarını sığallayıb, sonra isə əllərini yumadan onların gözlərinə toxunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru