Bakının əsas prospektində çuxur yaranıb, avtomobillərə zərər dəyib - FOTOLAR - YENİLƏNİB

13-12-2023, 09:19           
Bakının əsas prospektində çuxur yaranıb, avtomobillərə zərər dəyib - FOTOLAR - YENİLƏNİB
Bakının Yasamal rayonunda yol ötürücüsündə çuxur yaranıb.

APA xəbər verir ki, hadisə Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospektinə keçid hissəsində qeydə alınıb.

Yol ötürücüsündə uzunmüddətli yağıntılardan sonra çuxur yaranıb. Həmin hissədən yüksək sürətlə keçən avtomobillərin təkərlərinə ciddi ziyan dəyib. Ümumilikdə 4 avtomobilə ciddi ziyan dəydiyindən həmin sürücülər polisə məlumat verib.

Digər maşınlara zərər dəyməsin deyə onlar yüksək sürətli şosedə dayanaraq sürücüləri digər zolağa yönləndiriblər. Hazırda sözügedən şosedə sıxlıq yaranıb.

Qələbə dairəsindən Koroğlu istiqamətinə hərəkət edən sürücülərin diqqətli olması tövsiyə edilir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru