Deputat yəhudilərin şamlarını belə söndürdü - VİDEO

13-12-2023, 10:16           
Deputat yəhudilərin şamlarını belə söndürdü - VİDEO
Polşa Seyminin deputatı dünən ölkənin yəhudi icmasının üzvləri ilə keçirilən tədbir zamanı yanğınsöndürəndən istifadə edərək Hanukka şamlarını söndürüb.

Müvafiq görüntülər TVN24 kanalında yayılıb.

Aksiya Donald Tuskun ölkənin baş naziri təyin edilməsi ilə bağlı keçirilən səsvermədən əvvəl baş tutub.

Radikal sağçı Konfederasiya partiyasından olan Qrzeqorz Braunun bu hərəkəti qəzəbə səbəb olun və spiker onu parlamentdən kənarlaşdırıb. “Parlamentin spikeri olduğum müddətdə irqçiliyə, ksenofobiyaya, antisemitizmə... tolerantlıq olmayacaq”, - spiker bildirib.
modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru