Son dəqiqə! Müəllimləri daşıyan avtobus qəzaya uğradı - Bir nəfər öldü, 19-u yaralandı

14-12-2023, 00:09           
Son dəqiqə! Müəllimləri daşıyan avtobus qəzaya uğradı -
Yaroslavl və Vladimir vilayətlərinin sərhədində avtobus qəzası baş verib.Hadisə zamanı bir nəfər ölüb. Yaralılar arasında 19 müəllim də var.

32gun.az xəbər verir ki, bu məlumatı Kostroma vilayətinin başçısı Sergey Sitnikov paylaşıb.

Bildirilir ki, avtobusda “Müəllim ilinin” bağlanışı ilə bağlı tədbirə Moskvaya gedən Kostroma vilayətindən olan müəllimlər olub. Qəzada xəsarət alan müəllimlər Vladimir vilayətinin Aleksandrov rayon xəstəxanasına yerləşdirilib. Sitnikov qeyd edib ki, müəllimlərdən ibarət nümayəndə heyətindən 19 nəfər zərərçəkənlər arasındadır. Onlardan ikisinin vəziyyəti orta ağırdır. Qalanları yüngül xəsarətlər alıblar. Avtobus sürücüsü dünyasını dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru